"Caspian Capital Holding"in idarəetmə strukturunun təkmilləşdirilməsi və strateji inkişaf prioritetlərinin gücləndirilməsi çərçivəsində David Seliverstov holdinqin vitse-prezidenti vəzifəsinə təyin edilib.
Yeni təyinat "Caspian Capital Holding"in İdarə Heyətinin sədri cənab Elxan Paşayevin qərarı əsasında həyata keçirilib.
Yeni vəzifəsində David Seliverstova yüksək texnologiyalar, innovativ inkişaf, iqtisadi əməkdaşlıq, beynəlxalq tərəfdaşlıqlar və strateji layihələr üzrə fəaliyyət istiqamətlərinin koordinasiyası həvalə olunub.
David Seliverstov holdinqin texnoloji inkişaf strategiyasının gücləndirilməsi, rəqəmsal transformasiya proseslərinin dəstəklənməsi, innovativ iqtisadi təşəbbüslərin təşviqi, investisiyayönümlü layihələrin inkişafı və beynəlxalq əməkdaşlıq mexanizmlərinin genişləndirilməsi istiqamətində fəaliyyət göstərəcək.

Kompleksin layihələndirilməsi zamanı sakinlərin gündəlik tələbatı və komfortu əsas prioritet kimi müəyyən edilib. Bu məqsədlə ərazidə müxtəlif xidmət və istirahət imkanlarının yaradılması nəzərdə tutulur. Layihə çərçivəsində market, idman zalı, uşaq oyun meydançaları, istirahət zonaları, yaşıllıq sahələri, avtomobil dayanacaqları və digər sosial təyinatlı obyektlər istifadəyə veriləcək.
Davamına Bax
Ağdam şəhəri 2 nömrəli yaşayış massivi, 11-ci məhəllə üzrə 148 mənzildən ibarət (2, 3, 4, 5 otaqlı ) 7 ədəd yaşayış binalarının (3, 4, 5, 6, 7 mərtəbəli) tikintisi işlərini
Davamına Bax
Bakıda Türkiyənin aparıcı inşaat, mühəndislik və infrastruktur şirkətlərindən biri olan “Yapı Merkezi” ilə “Caspian Capital Holding” arasında birgə əməkdaşlıq çərçivəsində təsis edilmiş “Yapı Merkezi Azərbaycan” şirkətinin rəsmi təqdimat mərasimi keçirilib.
Davamına Bax