*5585

Kəlbəcər rayonunda qazlaşdırılma işləri aparılıb

13.01.2026 Qarabağ

44 günlük Vətən müharibəsini şanlı qələbə ilə sona çatdıran ölkəmiz hazırda işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışı təmin etmək üçün işlər görür. Düşmən 30 il ərzində nəzarəti altında saxladığı torpaqlarımızda ağlasığmaz vandalizm əməlləri törədib. Lakin erməni vandalizminin, dağıntıların miqyası böyük olsa da, Azərbaycan Vətən müharibəsində işğaldan təmizlənən ərazilərə Böyük Qayıdışı qısa müddətdə və yüksək səviyyədə həyata keçirməyə çalışır. Müharibənin başa çatmasından az vaxt ötməsinə baxmayaraq, işğaldan azad olunan ərazilərdə bərpa layihələrinin icrasına başlanılması, hazırda işlərin intensiv şəkildə davam etdirilməsi bunu bir daha təsdiqləyir. Görülən işlərə istinadən deyə bilərik ki, Vətən müharibəsində işğaldan azad edilən ərazilərə artıq həyat qayıdır. Belə ki, ELTA DEVELOPMENT şirkəti tərəfindən 2024-cü ildə Kəlbəcər rayonunda qazlaşdırılma işləri aparılıb. 530 mm-lik polad borularla çəkilən qaz xətti çətin relyef şəraitində, dağlar yarılaraq dağların üzəri ilə aparılıb. Bütün işlər dəniz səviyyəsindən 2600 metr hündürlükdə aparılıb. Qazlaşdırılma işlərinə 300-dən çox texnika və 400-ə yaxın canlı qüvvə cəlb edilib. Ərazidə 130 km-ə yaxın yol açılma işləri aparılıb.

Caspian Capital Holding

Son Xəbərlər

04.09.2026 Əməkdaşlıq

"Caspian Capital Holding" və "GNR Infrastructure Construction" arasında memorandum imzalanıb

Caspian Capital Holding (CCH) və Türkiyənin aparıcı mühəndislik və podrat şirkətlərindən biri olan "GNR Infrastructure Construction" arasında əməkdaşlıq memorandumu imzalanıb.

Davamına Bax
31.07.2026 Media

Naxçıvanda müasir yaşayış kompleksinin tikintisinə başlanılıb

Kompleksin layihələndirilməsi zamanı sakinlərin gündəlik tələbatı və komfortu əsas prioritet kimi müəyyən edilib. Bu məqsədlə ərazidə müxtəlif xidmət və istirahət imkanlarının yaradılması nəzərdə tutulur. Layihə çərçivəsində market, idman zalı, uşaq oyun meydançaları, istirahət zonaları, yaşıllıq sahələri, avtomobil dayanacaqları və digər sosial təyinatlı obyektlər istifadəyə veriləcək.

Davamına Bax
08.04.2026 Qarabağ

Ağdam şəhərində 148 mənzildən ibarət yaşayış kompleksinin tikintisi

Ağdam şəhəri 2 nömrəli yaşayış massivi, 11-ci məhəllə üzrə 148 mənzildən ibarət (2, 3, 4, 5 otaqlı ) 7 ədəd yaşayış binalarının (3, 4, 5, 6, 7 mərtəbəli) tikintisi işlərini

Davamına Bax