Qarabağ və Şərqi Zəngəzurda aktiv məşğulluq proqramları getdikcə genişlənir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən işəgötürənlərlə növbəti görüş olub.
Görüşdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Minatəmizləmə Agentliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “Azərbaycan Hava Yolları” QSC, “Təmiz Şəhər” ASC, “Azərişıq” ASC, “Azərenerji” ASC, SOCAR, TƏBİB, “Euroline” QSC, “Elta Development” QSC və “Safe Point” QSC-nin nümayəndələri iştirak edib.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli bildirib ki, işğaldan azad olunmuş ərazilərə köçürülən sakinlərin məşğulluğunun təminatı Nazirliyin fəaliyyətində əsas prioritet istiqamətlərdən biridir.

Nazir müavini işəgötürənlərlə sıx əməkdaşlıq şəraitində bu istiqamətdə icra olunan proqramların getdikcə genişləndiyini vurğulayıb.
İşğaldan azad olunan bölgələrdə məskunlaşan və məskunlaşması nəzərdə tutulan vətəndaşların məşğulluqlarının təmin olması sahəsində görülmüş işlərdən bəhs olunub. Bu istiqamətdə tədbirlərin daha da gücləndirilməsi və səmərəliliyinin artırılması üçün əməkdaşlıq şəraitində görüləcək birgə işlər müzakirə olunub.
Kompleksin layihələndirilməsi zamanı sakinlərin gündəlik tələbatı və komfortu əsas prioritet kimi müəyyən edilib. Bu məqsədlə ərazidə müxtəlif xidmət və istirahət imkanlarının yaradılması nəzərdə tutulur. Layihə çərçivəsində market, idman zalı, uşaq oyun meydançaları, istirahət zonaları, yaşıllıq sahələri, avtomobil dayanacaqları və digər sosial təyinatlı obyektlər istifadəyə veriləcək.
Davamına Bax
"Caspian Capital Holding"in idarəetmə strukturunun təkmilləşdirilməsi və strateji inkişaf prioritetlərinin gücləndirilməsi çərçivəsində cənab David Seliverstov holdinqin vitse-prezidenti vəzifəsinə təyin edilib.
Davamına Bax
Ağdam şəhəri 2 nömrəli yaşayış massivi, 11-ci məhəllə üzrə 148 mənzildən ibarət (2, 3, 4, 5 otaqlı ) 7 ədəd yaşayış binalarının (3, 4, 5, 6, 7 mərtəbəli) tikintisi işlərini
Davamına Bax