*5585

Naxçıvanda müasir yaşayış kompleksinin tikintisinə başlanılıb

31.07.2026 Media

Naxçıvan Muxtar Respublikasının mərkəzində müasir memarlıq üslubuna və yüksək tikinti standartlarına cavab verən yeni yaşayış kompleksinin inşasına başlanılıb. Layihə "Caspian Capital Holding"in tərkibinə daxil olan Fortuna MTK tərəfindən həyata keçirilir.

Yeni yaşayış kompleksi şəhərin memarlıq simasına müasir çalarlar qatacaq və sakinlər üçün rahat, təhlükəsiz və funksional yaşayış mühiti yaradacaq. Layihə çərçivəsində 7 və 8 mərtəbədən ibarət müasir yaşayış binaları inşa olunacaq. Memarlıq həlli, keyfiyyətli tikinti materiallarından istifadə, abadlaşdırılmış həyət və geniş sosial infrastruktur kompleksi Naxçıvanda həyata keçirilən ən müasir yaşayış layihələrindən birinə çevirəcək.

Kompleksin layihələndirilməsi zamanı sakinlərin gündəlik tələbatı və komfortu əsas prioritet kimi müəyyən edilib. Bu məqsədlə ərazidə müxtəlif xidmət və istirahət imkanlarının yaradılması nəzərdə tutulur. Layihə çərçivəsində market, idman zalı, uşaq oyun meydançaları, istirahət zonaları, yaşıllıq sahələri, avtomobil dayanacaqları və digər sosial təyinatlı obyektlər istifadəyə veriləcək. Bütün bunlar gələcək sakinlərin yaşayış keyfiyyətinin yüksəldilməsinə və rahat həyat tərzinin təmin olunmasına xidmət edəcək.

Layihənin həyata keçirilməsi zamanı tikinti prosesində müəyyən müddət gecikmələr qeydə alınmışdır. Şirkət bununla bağlı ictimaiyyətin və vətəndaşların haqlı narahatlığını anlayışla qarşıladığını bildirir:

"Yaranmış gecikmələrin əsas səbəbi layihənin daha da təkmilləşdirilməsi, müasir mühəndis-texniki həllərin tətbiqi, tikinti prosesinin optimallaşdırılması və gələcək sakinlərin təhlükəsizliyi ilə rahatlığını maksimum səviyyədə təmin edəcək dəyişikliklərin həyata keçirilməsi olub. Layihə üzrə aparılan əlavə texniki hesablamalar və optimallaşdırma işləri nəticəsində kompleksin keyfiyyət göstəricilərinin daha da artırılması təmin edilib. Bununla yanaşı, qanunvericiliyin tələblərinə uyğun olaraq layihə sənədlərinin hazırlanması, ekspertiza prosedurlarının keçirilməsi və müvafiq dövlət qurumlarından zəruri icazələrin alınması prosesi tam başa çatdırılıb. Hazırda tikinti işləri təsdiq olunmuş layihə və tikinti qrafikinə uyğun şəkildə davam etdirilir".

Qeyd edək ki, layihənin əsas məqsədi Naxçıvan şəhərində müasir şəhərsalma prinsiplərinə cavab verən, estetik görünüşü, yüksək tikinti keyfiyyəti və zəngin infrastrukturu ilə seçilən yaşayış kompleksi inşa etməkdir. Bu baxımdan tikintinin hər mərhələsində keyfiyyət, təhlükəsizlik və uzunmüddətli istismar imkanları əsas prioritet kimi nəzərə alınır.

Şirkət gələcəkdə də tikinti prosesinin gedişi barədə ictimaiyyəti mütəmadi məlumatlandıracağını, layihənin şəffaflıq prinsipləri əsasında həyata keçirildiyini və bütün işlərin təsdiq olunmuş plan üzrə davam etdiyini diqqətə çatdırır.

Yeni yaşayış kompleksinin istifadəyə verilməsi Naxçıvanda müasir yaşayış fondunun genişlənməsinə, şəhərin memarlıq görünüşünün daha da zənginləşməsinə və sakinlərin həyat keyfiyyətinin yüksəlməsinə mühüm töhfə verəcək.

Daha ətraflı məlumat üçün

*5585


Caspian Capital Holding

Son Xəbərlər

04.09.2026 Əməkdaşlıq

"Caspian Capital Holding" və "GNR Infrastructure Construction" arasında memorandum imzalanıb

Caspian Capital Holding (CCH) və Türkiyənin aparıcı mühəndislik və podrat şirkətlərindən biri olan "GNR Infrastructure Construction" arasında əməkdaşlıq memorandumu imzalanıb.

Davamına Bax
08.04.2026 Qarabağ

Ağdam şəhərində 148 mənzildən ibarət yaşayış kompleksinin tikintisi

Ağdam şəhəri 2 nömrəli yaşayış massivi, 11-ci məhəllə üzrə 148 mənzildən ibarət (2, 3, 4, 5 otaqlı ) 7 ədəd yaşayış binalarının (3, 4, 5, 6, 7 mərtəbəli) tikintisi işlərini

Davamına Bax
20.02.2026 Əməkdaşlıq

“Yapı Merkezi Azərbaycan” şirkətinin rəsmi təqdimat mərasimi keçirilib

Bakıda Türkiyənin aparıcı inşaat, mühəndislik və infrastruktur şirkətlərindən biri olan “Yapı Merkezi” ilə “Caspian Capital Holding” arasında birgə əməkdaşlıq çərçivəsində təsis edilmiş “Yapı Merkezi Azərbaycan” şirkətinin rəsmi təqdimat mərasimi keçirilib.

Davamına Bax